
MY-nın qapısını kim qoruyacaq?
Avropa Liqasının 1/4 final mərhələsində "Lion"la keçiriləcək cavab oyununda "Mançester Yunayted"in qapısını qoruyacaq oyunçu bəlli olub.
Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Ruben Amorim Andre Onanaya güvənəcək. Portuqaliyalı mütəxəssis ilk oyunda kobud səhvlərlə yadda qalan qolkiperə yenidən şans verəcək.
Görüş aprelin 17-də baş tutacaq.