Azərbaycan Kubokunda azarkeş rekordu

  • 24 Aprel 2025, 17:31

"Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda azarkeş rekordu qeydə alınıb.

Sportlife.az xəbər verir ki, qarşılaşmanı stadiondan 6600 azarkeş izləyib.

Bu, ölkə kubokunun 2024/2025 mövsmünündə ən yüksək göstəricidir.

Oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn "Sabah" finalda "Qarabağ"ın rəqibi olub.


Paylaş: