
Berdiyevin qələbə şərhi
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXXVI turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik.
- "Kəpəz"dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?
- Həmin oyunu komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.
- "Turan Tovuz"un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdır. Həmin oyuna baxacaqsız?
- Bəli, Azərbaycanda olacam, oyuna baxacam.
- "Araz-Naxçıvan" və "Turan Tovuz"dan milliyə heç kim dəvət olunmayıb. Buna münasibətiniz necədir?
- Bu, millinin baş məşqçisinin qərarıdır.