
"Real" yeni baş məşqçisini açıqladı
Xabi Alonsonun "Real"ın baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı ispan mütəxəssislə artıq müqavilə imzalanıb. O, komandanı 2028-ci ilin yayına qədər çalışdıracaq. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Bir müddət əvvəl La Liqa nəhəngi Karlo Ançelotti ilə yollarını ayırıb.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayından "Bayer"in baş məşqçisi vəzivəsində çalışıb. Leverkuzen təmsilçisi Alonsonun rəhbərliyi altında ötən il Almaniya çempionu olub.