PFL "Misli" ilə müqaviləni yenilədi

  • Dünən, 12:07

Peşəkar Futbol Liqası (PFL) ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

PFL-dən Sportlife.az-a verilən məlumata görə, razılığa əsasən, 2025/2026-cı illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.

Tərəflər arasında əməkdaşlıq dördüncü mövsümdür ki, davam edir.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümü avqustun 15-də başlayacaq.


Paylaş: