
Premyer Liqa: Tur Tovuzda başlayır
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Sportlife.az xəbər verir ki, günün yeganə oyunu Tovuz şəhər stadionunda təşkil olunacaq.
“Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.
Hazırda turnir cədvəlində meydan sahibləri 48 xalla 4-cü, qonaqlar isə 34 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXII tur aprelin 28-də başa çatacaq.