Azərbaycan çempionatında əcnəbi hakimlər

  • 12 Aprel 2025, 13:18

Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli 2 əcnəbi hakim dəvət olunub.

Sportlife.az xəbər verir ki, təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması Azərbaycanın gənc hakimləri üçün də canlı təcrübədir.


Paylaş: