Millimiz reytinqdə gerilədi

  • 7 Aprel 2025, 13:59

Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

Sportlife.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

Yığmamız dünyanın 35-cisidir. Komandanın hesabında 93,490 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

Qeyd edək ki, cədvələ Kanada millisi başçılıq edir – 530,573 xal.


Paylaş: