Boksçumuz medalı təmin etdi

  • 14 Mart 2025, 13:08

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsi başa çatıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.

Əli Abdullayev (65 kiloqram) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28). O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.

Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kiloqram) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kiloqram) Aksel Eqartla (Uels) qarşılaşacaq.


Paylaş: