Millimizin direktoru cəzalanacaq

  • 29 İyul 2025, 11:52

"Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı Azərbaycan Boks Federasiyasının təlimatına və qaydalara uyğun olaraq addım atılacaq".

Sportlife.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevski qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən alıb: "Onu çempionluqdan məhrum etdi. Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyatı beynəlxalq təşkilata müraciət hazırlanır".


Paylaş: