
Ruslan karyerasını bərpa edir
Boks üzrə keçmiş dünya çempionu Ruslan Provodnikov peşəkar karyerasını bərpa etməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, o, iyunun 7-də Krasnoyarskda boks görüşü keçirəcək.
"Mən gənc oğlan deyiləm, döyüş baş tutacaq. Amma bunu ciddi qəbul etmək lazım deyil. Bu, revanş, yaxşı rəqib olacaq. Biz boks şousu göstərəcəyik".
Provodnikovun 41 yaşı var. Onun 25 qələbəsi (18-i nokautla) və 5 məğlubiyyəti var. Son peşəkar döyüşündə 2016-cı ildə amerikalı Con Molinaya uduzub.