Sadıqov dopinqə "ilişdi"

  • 17 Aprel 2025, 10:31

Azərbaycan boksçusu Fərid Sadıqovda dopinq aşkarlanıb.

Sportlife.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Bildirilib ki, idmançıdan götürülmüş analizlərdə qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb.

Bu səbəbdən Sadıqov 48 aylıq diskvalifkasiya cəzası alıb. 2024-cü il yanvarın 1-də qüvvəyə minən sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.


Paylaş: