
"Arsenal" 16 il sonra...
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid”ə 2:1 hesabı ilə qalib gələn “Arsenal” turnirin növbəti mərhələsinə yüksəlib.
Sportlife.az xəbər verir ki, London klubu 2009-cu ildən sonra ilk dəfə ÇL-də yarımfinala vəsiqə qazanıb.
"Real Madrid" isə 2019/20 mövsümündən sonra ilk dəfə turnirin yarımfinalına adlaya bilməyib.