
Arteta: "Bu uğurumu ona borcluyam"
"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real Madrid"lə oyundan əvvəl Xosep Qvardiolaya zəng etdiyini etiraf edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis indi olduğu yerə məhz həmyerlisinin sayəsində çatdığını bildirib:
“Bir oyunçu və məşqçi kimi o, mənim üçün ilham mənbəyi idi. Hazırkı uğurumu ona borcluyam. Pep “Mançester Siti”də dörd gözəl il keçirmişəm. Pepə həmişə minnətdar olacağam, əks halda mən burada olmazdım”.
Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasında "Real Madrid"i mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb.