
"Artetaya tam güvənirik"
"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid" üzərində 2:1 hesablı qələbədən sonra baş məşqçi Mikel Arteta barədə danışıb.
Sportlife.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin komanda üçün əhəmiyyətini yüksək qiymətləndirib:
"Artetaya tam güvənirik. O, inanılmazdır. Biz bilirdik ki, "Real Madrid"ə qalib gələcəyik".