
"Bavariya" forması ilə ÇL-də son oyun
Çempionlar Liqasında 1/4 finalın “İnter”lə cavab oyunu (2:2) “Bavariya”nın hücumçusu Tomas Müller üçün Münhen klubunun heyətində Avropanın bir nömrəli klub turnirində sonuncu matç olub.
Sportlife.az xəbər verir ki, 35 yaşlı forvard final fitindən sonra Münhen klubunun Milana gəlmiş azarkeşlərlə ilə vidalaşıb.
Müller aprelin əvvəlində "Bavariya" ilə bu yay başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlayıb. Futbolçu 25 ilini bu klubda keçirib.