Enrikenin məğlubiyyət şərhi

  • 16 Aprel 2025, 16:35

PSJ-nin baş məşqçisi Luis Enrike "Aston Villa"ya qarşı keçirdikləri oyun ( 2:3 ) barədə danışıb.

Sportlife.az xəbər verir ki, o, bu matçı heç vaxt unutmayacağını bildirib: “Gərgin və maraqlı oyun keçdi. İlk dəqiqədən üstün olduq və iki qol vurduq, bu əla idi. Bundan sonra bəzi səhvlərə yol verdik, sonda nəticəsini gördük”.

Qeyd edək ki, PSJ  iki oyunun nəticəsinə əsasən, 5:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Paylaş: