
FIFA referimiz Çempionlar Liqasında
Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində 1-ci qrupun 2 oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.
Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Referi yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.
Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.