
Fiqu ÇL favoritini açıqladı
Luiş Fiqu bu mövsüm Çempionlar Liqasının qalibi olmağa əsas namizədin adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı veteran futbolçu bunları deyib:
"Çempionlar Liqasını kim qazanacaq? Düşünürəm ki, PSJ əla fiziki formadadır və stabil nəticələr göstərir. Amma dəqiq proqnoz verməyə hazır olduğumu hiss etmirəm, ona görə də dəqiq bir şey söyləmək çətindir".
Qeyd edək ki, PSJ Çempionlar Liqasının yarımfinalında "Arsenal"la qarşılaşacaq. Digər yarımfinalda "Barselona" və "İnter" komandaları üz-üzə gələcək.