
"PSJ ÇL-in favoritidir"
"Aston Villa"nın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubunun bu mövsüm ÇL-in favoriti olduğunu bildirib:
"İndi onlar favoritdirlər. Yarımfinala çıxıblar və elə səviyyədə oynayırlar ki, açıq-aşkar çempionluğa iddialıdırlar. Əlbəttə ki, "Barselona", "İnter", "Bavariya" da var... Bu səviyyədə oynamaq həqiqətən heyrətamizdir, mən bunu sevirəm. PSJ-nin bizim üzərində üstünlüyü var və onlar hər iki oyunda bunu göstərdilər".
Qeyd edək ki, PSJ yarımfinalda "Real Madrid" - "Arsenal" matçının qalibi ilə qarşılaşacaq. İngiltərə klubu ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.