
PSJ-nin xilaskarı
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ səfərdə "Aston Villa"ya 2:3 hesabı ilə uduzsa da, ilk oyundakı 3:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.
Sportlife.az xəbər verir ki, İtaliyanın aparıcı idman mediası Paris klubunun qapıçısı Canluici Donnarummanı matçın əsas qəhrəmanı hesab edib.
“La Gazzetta dello Sport” ona yüksək qiymət (8) verib və manşetdə onu "Xilaskar" adlandırıb.
Çempionlar Liqasının yarımfinalında PSJ "Arsenal" - "Real Madrid" matçının qalibi ilə qarşılaşacaq.