
"Qarabağ" üçün daha bir mümkün rəqib
“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına Qazaxıstan çempionu da qoşulub.
Belə ki, Qurban Qurbanovun yetirmələri püşk zamanı “Kayrat”a rəqib ola bilərlər. Bununla “Qarabağ”ın potensial rəqiblərinin sayı 6-ya yüksəlib.