
Rusiyalı tennisçi rəqibini ölümlə hədələdi
Rusiyalı tennisçi Pavel Kotov Fransada keçirilən “Çellencer” seriyalı turnirdə yerli idmançı Korenten Muteni öldürməklə hədələyib.
Sportlife.az xəbər verir ki, oyun zamanı Kotov rəqibinə bunları deyib: "Növbəti dəfə korta girəndə səni öldürəcəm. Nə vaxtsa kimsə səni öldürəcək".
Mute sosial mediada hadisəyə belə cavab verib: "Yatmaqda çətinlik çəkirəm".
Qeyd edək ki, çərşənbə günü keçirilən matç qaranlıq səbəbindən yarımçıq qalıb və bu gün davam etdiriləcək.