Rusiyalı məşqçidən maraqlı üsul

  • Dünən, 18:33

"Şanxay Şenxua"nın baş məşqçisi Leonid Slutski komandasına oyunçu tapmaqla bağlı qeyri-adi üsula əl atıb.

Sportlife.az xəbər verir ki,  mütəxəssis tez-tez sosial şəbəkələrdə reklam yerləşdirdiyini və futbolçuların ona yazdığını söyləyib.

Rusiyalı çalışdırıcı bu faktı təəccüblü adlandırsa da, müasir dünyada bu cür ünsiyyətin kifayət qədər populyar olduğunu etiraf edib.


Paylaş: