Suma üçün danışıqlar başladı - İDDİA

  • Dünən, 15:07

Bolqarıstanın "Ludoqorets" klubu qvineyalı vinger Salifu Suma ilə bağlı "Zirə"yə təklif göndərib.

Sportlife.az “AfricaFoot”a istinadən xəbər verir ki, Razqrad təmsilçisi 21 yaşlı futbolçu üçün “Zirə” ilə danışıqlara başlayıb.

İddiaya görə, klub müqavilədə nəzərdə tutulan 800 min avroluq təzminatı ödəməyə razılaşıb.

Bolqarıstan çempionu Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.

Suma 2023-cü ilin yayından "Zirə"də çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.


Paylaş: