"Top-komanda kimi oynadıq"

  • 17 Aprel 2025, 13:30

"İnter"in hücumçusu Markus Tyuram Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bavariya" ilə heç-heçəni (2:2) şərh edib.

Sportlife.az xəbər verir ki, fransalı forvard Almaniya təmsilçisinə qarşı top-komanda kimi oynadıqlarını bildirib:

"Çox xoşbəxtəm. Biz yüksək səviyyəli komanda kimi oynadıq. Çətin idi, amma bacardıq. Lautaro əsl kapitan kimi oynadı. Həmişə olduğu kimi. Matçın sonunda gücümüz qalmasa da, biz bunu bacardıq".

Milan komandası iki oyunun (2:1, 2:2) ümumi nəticəsinə əsasən, yarımfinala yüksəlib.


Paylaş: