Olimpiya çempionumuz Avropa çempionatını buraxacaq

  • 22 Aprel 2025, 10:10

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.

Sportlife.az xəbər verir ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Titullu idmançımızı yarışda Rəşid Məmmədəliyev əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.


Paylaş: