AKAF Füzulidə tədbir keçirəcək

  • 18 Aprel 2025, 14:37

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Sportlife.az-a bildirilib ki, proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Həmçinin sakinlər avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı əldə edəcəklər.

Aprelin 28-də Köndələnçay su anbarında reallaşacaq tədbir saat 11:00-da başlayacaq.


Paylaş: