Dünya Kuboku üçün heyət açıqlandı

  • 22 Aprel 2025, 18:55

Almaniyanın Sul şəhərində keçiriləcək atıcılıq üzrə gənclər arasında Dünya kubokunda iştirak edəcək Azərbaycan atıcıları müəyyənləşib.

Sportlife.az xəbər verir ki, mayın 19-27-də baş tutacaq yarış üçün 2 snayperimiz sifariş olunub.

Leyli Əliyeva və Vladislav Kalmıkov tapança ilə 10 m məsafədən atəş açmada mübarizə aparacaqlar. Onlar həm fərdi yarışa, həm də qarışıq komandaların mübarizəsinə qatılacaqlar.

Qeyd edək ki, yarışa 58 ölkədən 645 atıcı qatılacaq.


Paylaş: