
Paralimpiya çempionumuz dünya seriyasında
Üçqat paralimpiya çempionu olan Azərbaycan paraüzgüçüsü Raman Saley bu ilin ilk yarışında mübarizə aparacaq.
Sportlife.az xəbər verir ki, ABŞ-nin İndianapolis şəhərində keçiriləcək Dünya Paraüzgüçülük Seriyasında qüvvəsini sınayacaq.
Bu gün start götürən yarışa aprelin 26-da yekun vurulacaq.