“Prezident Kuboku": Paradın vaxtı açıqlandı

  • 24 Aprel 2025, 16:50

Mingəçevir şəhəri, Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.

Azərbaycan Avarçəkmə Federasiyasından Sportlife.az-a verilən məlumata görə, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatası aprelin 28-dən mayın 2-dək baş tutacaq. Yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.


Paylaş: