
"Leyptsiq"in hücumçusu ingilislərin "radar"ında
İngiltərə Premyer Liqasının 5 klubu "Leyptsiq"in hücumçusu Benjamin Şeşkonun transferində maraqlıdır.
Sportlife.az xəbər verir ki, sloveniyalı forvardla “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” maraqlanır. Eyni zamanda, "Arsenal" oyunçu üçün ən əsas namizəd hesab olunur. Şeşkonun Mikel Artetanın oyun strategiyasına yaxşı uyğunlaşa biləcəyi güman edilir.
Keçən yay "Arsenal" Şeşkoya müqavilə təklif etsə də, oyunçu bundan imtina edərək "Leyptsiq"də qalmağa qərar verib. İndi isə "topçular"a keçməyə hazır olduğunu bildirib.
Bu mövsüm Şeşko 43 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə verib.