
Avropa çempionumuz vəfat etdi
Azərbaycan güləşinə itki üz verib.
Sportlife.az xəbər verir ki, yunan-Roma güləşi məktəbinin yetirməsi, 1956-cı ildə Göygöl rayonunda anadan olmuş Viktor Avdışev vəfat edib.
O, 69 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Viktor Avdışev Gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının 2 qat (1978, 1983) və Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978), SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.