
"Liverpul" çempionluğu necə qeyd edəcək?
"Liverpul" Premyer Liqa çempionluğunu qeyd etmək üçün parad keçirəcək.
Sportlife.az xəbər verir ki, tədbir mayın 26-da baş tuatacaq. Mersisayd təmsilçisinin "qələbə marşrutu"nun uzunluğu 15 kilometr olacaq.
Qeyd edək ki, ötən tur "Tottenhem"i 5:1 hesabı ilə məğlub edən "Liverpul" tarixində 20-ci dəfə İngiltərə çempionu olub.