
Sane 100 milyona "yox" dedi
"Bavariya"nın futbolçusu Leroy Sane Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi rədd edib.
Sportlife.az xəbər verir ki, yaSane ilə “Əl-İttihad” maraqlanır. Klub almaniyalı futbolçuya ümumilikdə 100 milyon avro dəyərində 4 illik müqavilə təklif edib.
Sane isə Münhen klubu ilə Çempionlar Liqasını qazanmaq istəyir.
Daha əvvəl bildirilmişdi ki, futbolçu "Bavariya" ilə müqaviləsini 3 illik uzatmaq barədə razılığa gəlib.