
Poqbanın yeni klubu bilindi
Fransalı futbolçu Pol Poqba karyerasını MLS-də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "DC United" ulduz oyunçu ilə danışıqlar aparır.
Poqbanın çıxış etdiyi son klub keçən ilin oktyabrında müqaviləsini ləğv etdiyi "Yuventus" olub.
O, daha əvvəl antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib. Cəzası mart ayında başa çatıb.