Mbappe rekordu yenilədi

  • Bu gün, 10:00

"Real"ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 36-cı turunda "Malyorka" ilə oyunda (2:1) qol vurub.

Sportlife.az xəbər verir ki, bu, fransalı futbolçu üçün Madrid komandasının heyətində 32 çempionat matçında 28-ci qol olub ki, bu da turnir tarixində "kral klubu"nda debüt mövsümündə bir oyunçu üçün rekorddur.

Bundan əvvəlki rekordçu 1953/54 mövsümündə "Real"ın heyətində 27 qol vuran Alfredo Di Stefano idi.


Paylaş: