
Mahirin durumuna aydınlıq gəldi
Azərbaycan millisiin hücumçusu Mahir Emrelinin əzələsindəki problem aradan qalxmaqdadır.
Sportlife.az xəbər verir ki, "Nürnberq"in oyunçusu son günlər fərqdi məşqlər edirdi. Bu səbəbdən onun 2-ci Bundesliqanın XXXIV turunun mayın 18-də "Ayntraxt"a (Braunşveyq) qarşı səfər matçında iştirak edib-etməyəcəyi sual altındadı idi.
Lakin Almaniya mediasının yazdığına görə, Emrelinin vəziyyəti yaxşılaşmaqdadır.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze dünən keçirdiyi mətbuat konfransında bildirib ki, əgər son anda futbolçunun ayağında yenidən problem yaranmasa, o, qarşıdakı görüşdə iştirak edəcək.
Qeyd edək ki, "Ayntraxt"la oyun "Nürnberq"in bu mövsümdəki son matçı olacaq. Bundan sonra M.Emreli həmin klubu tərk edəcək.