Virts 2 ingilis klubu ilə danışıq aparır

  • Bu gün, 17:30

Almaniya millisinin və "Bayer"in yarımmüdafiəçisi Florian Wirts İngiltərədə "Mançester Siti" və "Liverpul" təmsilçiləri ilə görüşüb.

Sportlife.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçini bu səfərdə valideynləri müşayiət edir.

Münhen klubunun futbolçunun transferi ilə bağlı artıq razılığa gəldiyi haqda yayılan xəbərlər fonunda İngiltərə klublarının nümayəndələri bu keçidin qarşısını almaq niyyətindədir.

Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Hücumameyilli yarımmüdafiəçinin transfer dəyəri 140 milyon avrodur.

Virts bu mövsüm "Bayer" üçün 44 matçda 16 qol vurub və 15 məhsuldar ötürmə edib.


Paylaş: