Millimizin daha bir oyununun yeri bilindi

  • Dünən, 13:07

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki daha bir oyununun yeri müəyyənləşib.

Sportlife.az xəbər verir ki, komandamız D qrupundakı mübarizəyə Reykyavikdə başlayacaq.

Fernandu Santuşun yetirmələri sentyabrın 5-də, I tur çərçivəsində İslandiyanın qonağı olacaq. “Lauqardalsvollur” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, millimiz İslandiya səfərindən 4 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanı qəbul edəcək.


Paylaş: