
"Milan"da şok ayrılıq
"Milan"ın cinah hücumçusu Rafael Leau komandanı tərk etmək arzusundadır.
İdman.biz xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə klub rəhbərliyini məlumatlandırıb.
İtaliyalı təmsilçisi Rafaelin satışından 70 milyon gəlir əldə etmək arzusundadır. Leau ilə "Bavariya"nın maraqlandığı xəbərləri yayılıb. Onun komandanı tərk edəcək Leroy Sane və ya Kinqsli Komanı əvəzetməsi planlaşdırılıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu 50 oyunda 12 qol vurub, 13 ötürmə verib.