Əliyar Ağayevdən Rusiyada 4 sarı vərəqə

  • Bu gün, 13:12

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında keçirilən yoxlama oyununu idarə edib.

Sportlife.az xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Ruslar 27-ci dəqiqədə avtoqolla hesabda önə keçsələr də, Emmanuel Arokodarenin 71-ci dəqiqədə vurduğu qol Nigeriya yığmasını məğlubiyyətdən xilas edib. Ağayev bu görüşdə meydan sahiblərindən 3, qonaqlardan isə 1 futbolçuya sarı vərəqə göstərib.

“Lujniki”də keçirilən matçda Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.


Paylaş: