
"Tottenhem" baş məşqçisini qovdu
“Tottenhem” baş məşqçisi Angelos Postekoqlu ilə yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb.
Postekoqlu 2023-cü ildən “Tottenhem”ə rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis geridə qalmış mövsümdə “Tottenhem”lə Avropa Liqasının qalibi olub. Bu, klubun 2008-ci ildən etibarən ilk tituludur. İngiltərə Premyer Liqasında isə komanda 38 xalla 17-ci yeri tutub.