
Virts tibbi müayinədən keçdi
"Bayer"in yarımmüdafiəçisi Florian Virts "Liverpul"la müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçib.
Sportlife.az xəbər verir ki, transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq. 22 yaşlı almaniyalı ilə 2030-cu ilə qədər sözləşmə imzalanacaq.
Bu keçidin "Liverpul" və Premyer Liqa tarixində ən bahalı transfer olacağı gözlənilir.
Virts 2020-ci ildən "Bayer"də çıxış edirdi. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.