
"Araz-Naxçıvan"ın matçı çexlərə tapşırıldı
Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.
Sportlife.az xəbər verir ki, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.
Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.
VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinka əyləşəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada keçiriləcək.