
Dadaşovun qolu komandasını finala çıxardı
Azərbaycanlı forvard Rüfət Dadaşov çıxış etdiyi Berlin “Dinamo"suna vacib qələbə qazandırıb.
Sportlife.az xəbər verir ki, o, Şimal-Qərbi Regional Liqası Kubokunun yarımfinalında həlledici qolun müəllifi olub.
Rüfət “Alqlinik”lə qarşılaşmanın əlavə vaxtının 114-cü dəqiqəsində fərqlənib. Bu qol sayəsində 3:2 hesabı ilə qalib gələn "Dinamo" finala yüksəlib.
Mayın 24-də keçiriləcək final matçında “Dinamo" “Ayntraxt Mahlsdorf”la qarşılaşacaq.