Əliyevin komandası finalda

  • 24 Aprel 2025, 14:08

Albaniyaya Kubokunda yarımfinalın cavab oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası “Eqnatiya” bu mərhələdə “Partizani” ilə qarşılaşıb.

Evdə keçirilmiş ilk oyunda 0:1 hesabıyla uduzmuş “Eqnatiya” səfərdə 2 cavabsız qolla gələrək finala yüksəlib.

Zamiq bu görüşdə 90 dəqiqə meydanda olub.

Mayın 1-də keçiriləcək final görüşündə “Eqnatiya”nı Tirana “Dinamo”su ilə oyun gözləyir.


Paylaş: