"Sabah"ın legioneri üçün əlamətdar oyun

  • Dünən, 16:39

“Sabah”ın “Petrokub”la ev oyunu (4:1) braziliyalı müdafiəçi Andrey Viktor üçün əlamətdar olub.
Sportlife.az xəbər verir ki, 20 yaşlı müdafiəçi əsas komandanın heyətində ilk matçını keçirib.
O, görüşün 66-cı dəqiqəsində İqor Noqeyranın əvəzinə meydanda daxil olub.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 6:1 hesabı ilə üstələyən "Sabah" III raunda yüksəlib.

Paylaş: