Sərxan Hacıyev İstanbula getdi

  • 24 Aprel 2025, 13:07

UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

Sportlife.az xəbər verir ki, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək. AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.


Paylaş: