
Vaqif Cavadov məşqçilik kursunda
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Sportlife.az xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib. Tanışlıq xarakteri daşıyan I mərhələdə kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.
Kursda Premyer Liqada çalışan Vaqif Cavadov (“Sumqayıt”), I Liqa klublarından Elman Sultanov (“Baku Sportinq”) və Fərid Namazov (“İmişli”) da yer alıb. “Neftçi”nin əvəzedicilərini çalışdıran Rəşad Abdullayev və Azərbaycanın U-17 millisinə rəhbərlik edən Aqil Nəbiyev də modula qatılıb.